“Barselona” rəsmisi: “Kumanı göndərmək geriyə addım atmaq olar”

“Barselona” klubunun vitse-prezidenti Eduard Romeu komandanın baş məşqçisi Ronald Kumanın gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Romeu, niderlandlı mütəxəssisin istefaya göndərilməsinin düzgün olmayacağını bildirib:

“Klubun İdarə Heyəti Kumanın məsələsini hələ müzakirə etməyib. Ən çətin vaxtlarımızda rəqiblərimiz də güclüdür. Kumanı göndərmək geriyə addım atmaq olar. Onun göndərilməsi məntiqsizdir”.

“Barselona” La Liqada 7-ci sıradadır. Kataloniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bayern”ə uduzub – 0:3.