“Barselona” Qrizmannı satır?

“Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu Antuan Qrizmannın çıxışından razı deyil.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, Bartomeunun Qrizmannın komandaya uyğunlaşa bilməməsindən narahat olduğu və onu satmağı düşündüyü bildirilib.

Ötən ilin yayında “Barselona”ya keçən Qrizmann, Kataloniya təmsilçisi ilə 43 oyunda iştirak edib və 14 qol vurub. Fransız futbolçunun müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button