“Kamp Nou”nun yanında 1,5 tonluq heykəl FOTO

“Barselona” klubu sabiq futbolçusu Yohan Kroyffun heykəlinin təqdimatını keçirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Kamp Nou” stadionunun yaxınlığında ucaldılan heykəlin hündürlüyü 3,5 metr, çəkisi isə 1,5 tondur. Kroyffun heykəli hollandiyalı Korri Ammerlaan van Nikerk tərəfindən hazırlanıb.

Kroyff 1973-1978-ci illər aralığında “Barselona”da çıxış edib. Sabiq futbolçu 2016-cı ilin martında vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button