“Barselona” 17 yaşlı futbolçu transfer edir

“Barselona” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Koritiba” klubundan Yan Kutonu transfer etməyə yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, artıq klubların Kuto transferində 5 milyon avroya razılaşdıqları və 17 yaşlı müdafiəçinin mövsümün sonunda “Barselona”ya qoşulacağı bildirilir.

18 yaşı iyunda tamam olacaq Kuto, “Barselona” ilə uzun müddətli müqavilə imzalayacaq. Sağ cinah müafiəçisi 18 yaşadək futbolçulardan ibarət Braziliya millisinin də üzvüdür.