“Barselona” Dembele ilə müqaviləni yeniləmək istəyir

“Barselona” klubu futbolçusu Osman Dembele ilə müqaviləni yeniləmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin icraçı direktoru Ferran Reverter “Goal” nəşrinə açıqlamasında deyib. O, Dembele ilə müqaviləni yeniləmək üçün çalışdıqlarını söyləyib:

“Əlbəttə, maliyyə vəziyyətimiz Dembele ilə müqaviləni uzatmağa imkan verir. Bəlkə də, bu proses uzun çəkəcək. Vəziyyət ortadadır. Detallar üzərində diqqətli çalışırıq”.

2017-ci ildən “Barselona”da çıxış edən Dembelenin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button