“Barselona” istəyinə çatır

İspaniyanın “Barselona” klubu “Mançester Siti”nin futbolçusu Erik Qarsiyanın transferini tamamlayır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu ingilislərə rəsmi təklif göndərməyə hazırlaşır. Məlumata görə, “Barselona” “şəhərlilər”ə 20 yaşlı futbolçu üçün 8,9 milyon avro təklif edəcək. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da Qarsiyanın gələcəyinin qeyri-müəyyən olduğunu bildirib:

“Onun gələcəyinin necə olacağını bilmirəm. Yəqin “Barselona” daha çoxunu bilir”.

Qarsiyanın “Mançester Siti” ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button