Messi bunu da bacardı – 21-ci əsrdə ilk

“Barselona” İspaniya La Liqasının 8-ci turunda “Sevilya”nı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 4:0 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi üçün əlamətdar olub. Belə ki, komandasının sonuncu qolunu vuran Messi, həm də, ardıcıl 16-cı mövsümdür ki, fərqlənir.

Messi bununla da, 21-ci əsrdə La Liqada ardıcıl 16 mövsümdə qol vura bilən ilk oyunçu ünvanını qazanıb.