“Barselona” tarixinin 3-cüsü – Luis Suares

“Barselona” İspaniya La Liqasının 4-cü turunda “Valensiya”nı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:2 hesabıyla bitən qarşılaşmada “Barselona”nın futbolçusu Luis Suares dubla imza atıb. 61 və 82-ci dəqiqələrdə vurduğu qollar Suaresin “Barselona” karyerasındakı 132 və 133-cü qolları olub. Uruqvaylı hücumçu bununla da, “Barselona” tarixinin ən çox qol vuran 3-cü futbolçusu olub.

“Barselona” tarixinin bombardiri isə Lionel Messidir. Argentinalının hesabında 419 qol var.