Messidən yeni rekord

“Barselona” İspaniya La Liqasının 32-ci turu çərçivəsində “Xetafe”ni məğlub edib.

Komanda.az “Squawka Football”a istinadən xəbər verir ki, 5:2 hesabıyla bitən görüşdə dubl edən Lionel Messi, bu mövsüm çempionatda vurduğu qolların sayını 25-ə çatdırıb.

Argentinalı hücumçu La Liqada ardıcıl 12 mövsümdür ki, 25-dən çox qol vurur. Messi bunu bacaran ilk futbolçudur.

Messinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button