Buskets – 550!

“Barselona” İspaniya La Liqasının 13-cü turunda “Selta”nı məğlub edib.

Komanda.az xəbər verir ki, 4:1 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Serxio Buskets üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın 23-cü dəqiqəsində Nelson Semedonun yerinə meydana daxil olan Buskets, “Barselona”da 550-ci matçına çıxıb. 31 yaşlı yarımmüdafiəçi “Barselona”da ən çox oyun keçirən 5-ci futbolçu olub.

“Barselona” tarixində ən çox oyuna çıxan Xavidir. Sabiq yarımmüdafiəçi “Barsa” formasıyla 767 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button