119 ilə damğasını vuran “Barselona”

“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Sevilya”nı məğlub edərək, finala yüksəlib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi son 13 mövsümdə 10-cu dəfə finala vəsiqə qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir. 119 ildir keçirilən İspaniya kubokunda heç bir klub 13 mövsümə 10 dəfə finala yüksələ bilməmişdi.

İlk oyunda səfərdə “Sevilya”ya 0:2 hesabıyla uduzan “Barselona”, cavab matçında 3:0-lıq qələbə qazanaraq, adını finala yazdırıb. Kataloniyalılar həlledici matçda “Levante” – “Atletik” cütünün qalibi ilə qarşılaşacaq.