“Barselona” ilk addımı atır – Martinesin transferi üçün

“Barselona” “İnter”in futbolçusu Lautaro Martinesin meneceriylə görüşməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi bu həftə argentinalının agenti ilə Milanda görüş keçirəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, görüş zamanı Martinesin “Barselona”ya mümkün keçidinin müzakirə olunacağı bildirilir.

“Barselona” bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “İnter”in qonağı olacaq. Matç saat 00:00-da start götürəcək.