“Real” “Leqanes”lə bacarmadı

İspaniya La Liqasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış oyununda “Espanyol” öz meydanında “Alaves”i qəbul edib və çətin qələbəyə sevinib. “Barselona” “Hueska” ilə səfər oyunundan xal itkisi ilə ayrılıb. “Atletiko” isə “Selta”nı sınağa çəkib. Madrid klubu bu oyunda inamlı qələbə qazanıb.

Turun maraqla gözlənilən qarşılaşmasında iki Əndəlüs təmsilçisi üz-üzə gəlib. “Sevilya” doğma azarkeşləri qarşısında “Betis”i qəbul edib. Beş qolun qeydə alındığı matçda sevinən tərəf meydan sahibləri olub.

“Real” bu turda “Leqanes” səfərinə yollanıb. Madrid təmsilçisi rəqibiylə qollu bərabərə qalıb – 1:1.

İspaniya La Liqası, 32-ci tur

13 aprel

Espanyol – Alaves 2:1
Qol
: Pedrosa, 19. Laquardia, 47-öz qapısına – Kalyeri, 56.

Hueska – Barselona 0:0

Atletiko – Selta 2:0
Qol
: Qrizmann, 42. Morata, 74.

Sevilya – Betis 3:2
Qol
: El Haddadi, 26. Sarabia, 59. Vaskes, 64 – Lo Çelso, 55. Telyo, 82.

14 aprel

Valyadolid – Xetafe 2:2
Qol
: Qvardiola, 30. E.Ünal, 69-pen – Arambarri, 14. Molina, 90-pen.

Atletik – Rayo Valyekano 3:2
Qol
: İ.Uilyams, 2; 50. R.Qarsiya, 72 – A.Moreno, 45. De Tomas, 85.

Real Sosyedad – Eybar 1:1
Qol
: Xuanmi, 1 – J.Jordan, 85.

Jirona – Vilyarreal 0:1
Qol
: Çukvueze, 7.

Valensiya – Levante 3:1
Qol
: Mina, 2. Quedes, 57. Mina, 63 – Soler, 56-öz qapısına.

15 aprel

Leqanes – Real 1:1
Qol:
Silva, 45 – Benzema, 51.

Bombardir: Lionel Messi (Barselona) – 33 qol.