“Barselona” hərəkətə keçdi: İki futbolçunu satıb, birini transfer edir

“Yuventus”un yarımmüdafiəçisi Federiko Bernardeski karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Barselona”nın maraq dairəsindədir. İtaliyalı futbolçunu cari mövsümün sonunda heyətinə qatmaq istəyən “Barselona”, bu transfer üçün “qoca sinyora” iki futbolçu təklif edib. Katalonlar İvan Rakitiç və Samuel Umtitinin “Yuventus”a keçidinə razıdır. Rakitiçin transfer ehtimalı daha yüksək dəyərləndirilir.

Bernardeskinin “Yuventus”la müqaviləsi 2022-ci ilin iyununda başa çatır.