“Barselona” futbolçusunu “Qranada”ya satdı

“Barselona” yarımmüdafiəçisi Monçu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi tam adı Ramon Rodriqes Ximenes olan 21 yaşlı futbolçunu “Qranada”ya satıb.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İspan yarımmüdafiəçinin yeni klubu ilə bağladığı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

“Barselona” qarşıdakı illərdə futbolçunun transfer hüququnu geri almaq şansını saxlayıb. Üstəlik, gələcəkdə Monçu hansısa kluba transfer edilsə, gəlirin 50 faizi də məhz Kataloniya təmsilçisinə çatacaq.

Monçu “Barselona”nın öz yetirməsidir. O, ötən mövsümü icarə əsasında “Jirona”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button