“Barselona” futbolçusunu satır: 2 “elçi”si var

“Barselona”nın futbolçusu Samuel Umtiti daha bir klubun hədəfindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Turin  klubu zədəsini sağaldan müdafiəçini qış transfer pəncərəsi dövründə heyətinə qatmaq niyyətindədir. “Qoca sinyora” onu Corco Kyellininin əvəzləyicisi olaraq görür.

Umtiti üçün “Everton” da mübarizə aparır.

“Barselona”nın fransalı futbolçu üçün 12 milyon avro tələb etdiyi bildirilir.

Umtitinin Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.