“Barselona” hücumçusunu 18 milyon avroya satır

“Barselona” futbolçusu Martin Breytveyti yay transfer pəncərəsi dövründə satmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin 28 yaşlı hücumçunu 18 milyon avroya satmağa hazır olduğu bildirilir.

Danimarka millisinin də üzvü olan Breytvetlə İngiltərədən “Everton” və “Vest Hem” klubları yaxından maraqlanır.

“Barselona” Breytveyti bu ilin fevralında “Leqanes”dən 18 milyon avroya transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button