“Barselona”da 2 illik müqavilə – Rəsmi

“Barselona” futbolçusu Karles Peresin müqaviləsinin müddətini yeniləyib.

Komanda.az xəbər verir ki, 21 yaşlı cinah hücumçusu ilə yeni – 2 illik sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2012-ci ildən “Barselona”nın akademiyasında olan Peresin əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi. İspan oyunçu bu mövsüm “Barselona” ilə 5 oyunda iştirak edərək, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button