“Barselona” onun üçün 35 milyon ödəmək istəmir

“Barselona” “Flamenqo”nun futbolçusu Reynieri transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Braziliya təmsilçisi 17 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro tələb edir. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Barselona” Reynier üçün tələb olunan məbləği çox hesab edir və ödəmək istəmir.

17 yaşadək futbolçulardan ibarət Braziliya millisinin üzvü ilə “Arsenal” da maraqlanır və “topçular”ın nümayəndələri bir müddət əvvəl “sambaçı”nın atası ilə görüşmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button