“Betis” “Real”ı “taxtdan saldı”

İspaniya La Liqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Alaves” doğma meydanda “Valensiya”nı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xal qazanıblar.

Son turda “Real”a məğlub olaraq, liderliyi əldən verən “Barselona” bu tur çərçivəsində “Real Sosyedad”ı sınağa çəkib. Kataloniya təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Madriddə keçirilib. “Atletiko” doğma azarkeşləri qarşısında “Sevilya”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Madrid “Real”ı isə “Betis” səfərinə yollanıb və məğlub olaraq zirvəni əldən verib.

İspaniya La Liqası, 27-ci tur

6 mart

Alaves – Valensiya 1:1
Qol
: Mendez, 73 – Parexo, 34.

7 mart

Eybar – Malyorka 1:2
Qol
: Biqas, 90+2 – D.Rodriqes, 42. Kubo, 78.

Atletiko – Sevilya 2:2
Qol
: Morata, 32-pen. J.Feliks, 36 – De Yonq, 19. Okampos, 43-pen

Barselona – Real Sosyedad 1:0
Qol
: Messi, 81-pen.

Xetafe – Selta 0:0

8 mart

Osasuna – Espanyol 1:0
Qol
: Torres, 51-pen.

Valyadolid – Atletik 1:4
Qol
: Ramires, 76 – Lopes, 4. Qarsiya, 24. Uilyams, 87. Kordoba, 90+3.

Levante – Qranada 1:1
Qol
: Rocer, 11 – Maçis, 60.

Vilyarreal – Leqanes 1:2
Qol
: Moreno, 5 – Oskar, 47; 70-pen.

Betis – Real 2:1
Qol
: Sidney, 40. Telyo, 82 – Benzema, 45+3-pen.

Bombardir: Lionel Messi (Barselona) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button