“Barselona” daha çox pul təklif edirdi” – Vinisius

“Real”ın futbolçusu Vinisius Junior “Barselona”dan transfer təklifi aldığını etiraf edib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, braziliyalı hücumçu “Flamenqo”da çıxış edərkən, “Real”la yanaşı, “Barselona”dan da təklif aldığını bildirib:

“Atam mənə bir çox klubların marağının olduğunu dedi. Onların arasında “Barselona” və “Real” xüsusilə seçilirdi. Hər iki klubu ziyarət etmişdim. “Barselona” daha çox pul təklif etmişdi, ancaq “Real”ın gələcək layihələrini bəyəndim. Kazemiro və Marselo ilə danışdıqdan sonra seçimim “Real” oldu”.

Vinisius 2018-ci ilin yayında 45 milyon avro qarşılığında “Flamenqo”dan “Real”a keçib.