“Barselona”nın futbolçusu sıradan çıxdı

“Barselona” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Serxio Roberto zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniya La Liqasının 9-cu turunun “Eybar”la oyununda zədələnən ispan yarımmüdafiəçi sol dizindən zədələnib. Roberto, “Eybar”la oyunun fasiləsində Nelson Semedo ilə əvəzlənib.

Robertonun sağalma müddəti hələ bilinmir.

“Barselona” səfərdə “Eybar”ı 3:0 hesabıyla darmadağın edib.