Pike Karlosa çatdı

“Barselona” Çempionlar Liqasının qrup mərhələsində Kiyev “Dinamo”sunu məğlub edib – 1:0.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinə qələbə qazandıran qolu vuran Jerar Pike yeni rekorda imza atıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Pike, 16 qolla Çempionlar Liqası tarixində ən çox qol vuran müdafiəçi adına şərik olub.

Pikedən əvvəl “Real”ın sabiq futbolçusu Roberto Karlos bu turnirdə 16 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button