“Barselona”dan “Xetafe”yə – Rəsmi

“Barselona” bir müddət əvvəl “Eybar”dan transfer etdiyi Mark Kukurelyanı icarəyə göndərib.

Komanda.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Xetafe” klubuna 1 illik icarəyə verilib. Bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. “Xetafe” 2019/20 mövsümünün sonunda 6 milyon avro ödəyərək, Kukurelyanın transfer hüquqlarına sahib ola bilər.

“Barselona”nın yetirməsi olan Kukurelya, 2018-ci ildə “Eybar”a transfer olunmuşdu. Kataloniya təmsilçisi 4 milyon avro ödəyərək, ispan müdafiəçini yenidən heyətinə qatmışdı.