“Barselona” Bernardo Silva ilə anlaşıb

“Barselona” “Mançester Siti”nin portuqaliyalı futbolçusu Bernardo Silva ilə anlaşıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayacaq.

Amma keçidin rəsmiləşməsi üçün “Maneçster Siti” ilə danışıqlar da müsbət yekunlaşmalıdır. “Barsa” Silva üçün qarşı tərəfə 60 milyon avro təklif edəcək.

Bernardo Silva “Mançester Siti”də 2017-ci ildən forma geyinir.

Bizi Telegramda izləyin