“Barselona” onun üçün 74 milyon avro ödəyəcək!

“Barselona” “Ayaks”ın futbolçusu Matteys de Liqti transfer etməyə hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi holland müdafiəçi və klubuyla razılaşıb. “Barselona” de Liqt üçün “Ayaks”a 74 milyon avro ödəyəcək.

“Ayaks”ın daha bir futbolçusu – Frenki de Yonq da bir müddət əvvəl “Barselona” ilə anlaşıb. Kataloniya təmsilçisi de Yonq üçün 75+11 milyon avro ödəyəcək. Yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanacaq.