“Barselona” Albanı itirdi

“Barselona”nın müdafiəçisi Jordi Alba zədələnib.

Komanda.az xəbər verir ki, 31 yaşlı ispan futbolçu La Liqanın 3-cü turu çərçivəsində keçirilmiş “Sevilya” ilə oyunda sıradan çıxıb.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Albanın sağ ayağından aldığı zədədən əziyyət çəkdiyi diqqətə çatdırılıb. Lakin müdafiəçinin dəqiq bərpa müddəti açıqlanmayıb.

Qeyd edək ki, 2012-ci ildən “Barselona”da çıxış edən Alba, Kataloniya klubunun heyətində 200-dən çox oyun keçirib.