“Barselona” “Alaves” qarşısına onlarsız çıxacaq

“Barselona” İspaniya La Liqasının 34-cü turunda “Alaves”lə qarşılaşacaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin səfər matçı üçün açıqlanan heyətində İvan Rakitiç yer almayıb. Xorvat futbolçunun zədəli olmasına dair isə heç bir məlumat yoxdur.

Rakitiçlə yanaşı, Kevin-Prins Boatenq, Jan-Kler Todibo və Ceyson Murilyo da “Alaves”lə matçda iştirak etməyəcək.

“Alaves” – “Barselona” qarşılaşması bu gün, saat 23:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button