“Barselona” 25 milyon avroluq transferə hazırlaşır

İspaniya La Liqasının son çempionu “Barselona” yeni mövsüm üçün ilk transferinə hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu, “Valensiya”nın qapıçısı Netonu heyətinə qatmağa yaxındır. “Barselona”nın 29 yaşlı futbolçu üçün “Valensiya”ya 25 milyon avro ödəyəcəyi bildirilir.

Katalonlar Netonu əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzləyicisi kimi heyətinə qatmağı planlaşdırır. Bundan başqa, hazırda “Barselona”nın ikinci qapıçısı hesab olunan Yasper Sillessenin də “Valensiya”ya keçəcəyi deyilir.

2017-ci ildən “Valensiya”nın şərəfini qoruyan Netonun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button