“Barselona” 21 yaşlı futbolçu üçün hərəkətə keçir

İspaniyanın “Barselona” klubu “Dinamo”nun (Zaqreb) futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Xorvatiya klubunun 21 yaşlı futbolçusu Dani Olmo Kataloniya klubunun maraq dairəsindədir. “Barselona”nın futbolçu üçün tezliklə klubu ilə danışıqlara başlayacağı bildirilir.

Olmo ilə “Tottenhem”, “Mançester Yunayted”, “Liverpul” və “Bavariya”nın da yaxından maraqlandığı bildirilir.

2015-ci ildən Zaqreb təmsilçisinin şərəfini qoruyan ispan futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 17 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button