“Real”ın prezidentinin “Barselona” ilə bağlı istəyi

“Real”ın prezidenti Florentino Peres “Barselona”nın əvvəlki səviyyəsinə qayıtmasını istədiyini etiraf edib.

Komanda.az xəbər verir ki, o, “Barsa”nın əvvəlki səviyyəyə qayıtmasının dünya futbolu üçün yaxşı olacağını deyib:

“Məncə, “Barsa” “Real”la birlikdə dünyanın ən böyük klublarından biridir. Komanda əvvəlki səviyyəyə qayıtsa, bu, hamı üçün, İspaniya və dünya futbolu üçün yaxşı olacaq”.

“Barselona” ötən mövsüm La Liqada 73 xalla 2-ci yerdə qərarlaşıb. “Real” isə 86 xalla çempion olub.