Kundenin “Sevilya”nı “Barselona”ya dəyişməsinin səbəbi

“Barselona”nın müdafiəçisi Jul Kunde niyə “Sevilya”dan Kataloniya klubuna keçdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barsa”nı ən yaxşı yerlərə qaytarmağın həyəcanverici olduğunu deyib:

“Yeni titul axtarışları dalğasının bir hissəsi olmaq və “Barsa”nı həmişə olduğu kimi, ən yaxşı yerlərə qaytarmaq mənim üçün həyəcanvericidir”.

23 yaşlı fransalı futbolçu bu yay “Sevilya”dan “Barselona”ya keçib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Kunde bu mövsüm kataloniyalıların heyətində 5 oyuna çıxıb və bütün yarışlarda 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button