Barışın komandası liderliyini inamlı qələbə ilə qorudu

Futbol üzrə Avstriya 2-ci liqasında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Vakker İnnsbruk” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:2.

Barış bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Austria” hazırda 32 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.