Balotelli yenə klubunu dəyişir

İtaliyanın “Breşiya” klubunun futbolçusu Mario Balotelli komandadan ayrılmağa hazırlaşır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı hücumçu “Cenoa”ya transfer olunmağa yaxındır. Məlumata görə, 30 yaşlı futbolçu klubla 1+1 illik müqavilə əsasında anlaşıb.

Tezliklə bu keçidin rəsmən açıqlanacağı gözlənilir.