“Balotelli üçün çox təəssüflənirəm” – Mançini

İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmanın keçmiş üzvü Mario Balotelli ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, millinin çalışdırıcısı, hazırda klubsuz olan Balotelli üçün təəssüfləndiyini bildirib:

“Balotelli üçün çox təəssüflənirəm. O, indi 30 yaşındadır və karyerasının zirvəsində ola bilərdi. Bu vəziyyətdə olduğu, klub tapa bilmədiyi üçün məyusam. Sahib olduğu keyfiyyətlərlə milliyə fayda verə bilərdi. O, böyük şansı olduğunu başa düşməli idi”.