Balotelli: “PSJ yaxşı komanda deyil”

“Marsel”in hücumçusu Mario Balotelli Fransa mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, italiyalı hücumçu, PSJ-nin Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olmasına münasibətini bildirib:

“Turu keçməyə “Mançester Yunayted” layiq idi. PSJ çox güclü oyunçulara sahibdir, ancaq yaxşı komanda deyil. Bunlar fərqli şeylərdir.

PSJ-yə qarşı düşmənçiliyim yoxdur. İngiltərədə keçmiş komandam “Mançester Siti”dir. Ancaq bu turda “Mançester Yunayted”in mərhələ adlamasını istəyirdim”.

PSJ Çempionlar Liqasının 1/8 finalında səfərdə “Mançester Yunayted”i 2:0 hesabıyla məğlub etməsinə baxmayaraq, öz meydanında 1:3 hesabıyla uduzaraq, ÇL-də mübarizəni dayandırıb.