Balotelli karyerasını bitirmək istədiyi klubun adını açıqladı

“Marsel”in yanvarda heyətinə qatdığı Mario Balotelli, qış transfer pəncərəsi dövründə İtaliyadan təkliflərin olduğunu deyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan forvard, karyerasını bitirmək istədiyi klubun da adını açıqlayıb:

“İtaliyadan təkliflər almışdım. Ancaq ora indi qayıtmaq istəmədim. A Seriyası darıxdırıcı çempionatdır. Buna baxmayaraq, karyeramı İtaliyada, “Breşiya” klubunda bitirmək istəyirəm”.

Karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul” kimi klublarda çıxış edən Balotelli, yanvarın 23-də “Nitsa”dan “Marsel”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button