Emil Balayevli “Tobol” üçün 3 rəqib

Yeni mövsümə hazırlıqlarını davam etdirən Qazaxıstanın “Tobol” klubu təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi Qazaxıstan təmsilçisi hazırlıq çərçivəsində, fevralın 15-də Ukraynanın “Olimpik”, 19-da Rusiyanın “Rubin”, 24-də isə Bolqarıstanın “Qorodeya” klubuyla qarşılaşacaq.

“Tobol” Emil Balayevi “Səbail”dən azad agent kimi heyətinə qatıb. Yeni komandasıyla bir qarşılaşmada iştirak edən Balayev, Cənubi Koreyanın “Daejeon Sitizen” klubuyla görüşdə qapısında iki top görüb.

Qazaxıstan təmsilçisinin Antalya toplanışı fevralın 24-də bitəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button