Balayevli “Tobol” “Astana”ya məğlub oldu – video

Futbol üzrə Qazaxıstan çempionatında 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda lider “Astana” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 60 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.