Balayevdən Qazaxıstan çempionatında uğurlu debüt

Futbol üzrə Qazaxıstan çempionatında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da ilk matçına çıxıb.

Sözügedən klub doğma meydanda “İrtış”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Emil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Balayev sonadək oynayıb.