Balaca çempion!

Budo döyüş növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan birinciliyi keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkil etdiyi çempionatda müxtəlif yaş qrupları üzrə mükafatçıların adlarına aydınlıq gəlib. Free kontakt üzrə 8-9 yaşlı uşaqlar arasında yarışın qalibi Aslan Qasımzadə olub.

35 kq çəki dərəcəsində mübarizə aparan Aslan bütün rəqiblərindən üstün olub və yekunda 1-ci yeri tutub.