“Bakıya qələbə üçün gedirik” – “Olimpiakos”un baş məşqçisi

Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi Pedro Martinsin “Neftçi”ylə keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransı təşkil olunub.

Komanda.az xəbər verir ki, 51 yaşlı baş məşqçi, Bakıya qələbə üçün getdiklərini deyib:

“Andreas Buxalakis, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Oleq Ryabçuk, Məhəmməd Kamara və Tikinyo bu oyunda iştirak etməyəcək. Ümid edirik ki, bu çətinliyin öhdəsindən gələcəyik. Bakıya qələbə üçün gedirik.

Oyunla bağlı heç bir sirrimiz yoxdur. Hər şey hazırlıqdan asılıdır. Son məşqlərimizi etdik. İndi əsas diqqətimiz oyuna yönəlib”.

İyulun 28-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” matçı saat 20:00-da başlayacaq. Bakılılar ilk oyunda 0:1 hesabı ilə məğlub olub.