Dabo 40-a çatdı

Bakının “Neftçi” klubunun futbolçusu Baqali Dabo Premyer Liqada 40-cı qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, fransalı hücumçu yubiley qoluna 18-ci turun “Qəbələ” ilə səfər matçında (2:0) imza atıb. Ölkə çempionatında 2016/17 mövsümündə debüt edən forvard 40-cı qolunu 82-ci matçında vurub.

İki mövsüm oynadığı “Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən Baqali sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə çatdırıb. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button