Bakıda və Şamaxıda UEFA-nın yarışı başlayır

İyunun 23-də Bakıda UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunlarına start veriləcək.

Komanda.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” ilkin mərhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos”la Şamaxıda qarşılaşacaq. İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandalarına rəqib olacaq.

23-29 iyun tarixlərində keçiriləcək UEFA Region Kubokunun ilkin mərhələ oyunlarının təqvimi belədir:

UEFA Region Kuboku

1-ci qrup

Basiani – Tallinna Zapoos
23 iyun. ASK Arena

Tallinna Zapoos – Kaskelen
25 iyun. ASK Arena

Kaskelen – Basiani
27 iyun. ASK Arena

2-ci qrup

Kolos – Cəbrayıl
24 iyun. Şamaxı şəhər stadionu

Cəbrayıl – Kolos
26 iyun. Şamaxı şəhər stadionu

Final

1-ci qrupun qalibi – 2-ci qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu

Qeyd: Bütün oyunlar saat 16:00-da başlayacaq.