Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirildi – FOTOLAR

Bu gün tarixdə ilk dəfə Bakı şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, “Hilton” otelində 4 saatdan artıq davam edən iclasda UEFA prezidenti Aleksander Çeferin Bakı şəhərinin Avropa futbol qurumunun İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etməsi ilə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədova plaket təqdim edib.

İclasdan sonra mətbuat konfransı təşkil olunub. İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar barədə məlumat verən Çeferin daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button