Azərbaycan millisi darmadağınla qələbə qazandı

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Səbail”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 4:1 hesablı qələbə qazanıb. Camal Cəfərovun dubl etdiyi oyunda U-19-un digər qollarını Gülağa Əsədov və Kamal Kazımov vurub.

U-19 bundan əvvəl “Keşlə-2” və MOİK-lə qarşılaşmış və hər iki oyun 1:1 hesabıyla bitmişdi.