Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq müzakirə olundu

Martın 25-dən 29-na qədər Bakıda keçiriləcək böyüklərin karate üzrə 55-ci Avropa çempionatına hazırlıq işləri davam edir.

Komanda.az xəbər verir ki, məsul yarışın təşkilat qrupunun üzvləri, Pride PR Agentliyinin nümayəndələri ilə görüşüb. Əvvəlcə Avropa çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasında yarış zalına baxış olub.

Sonra Azərbaycan Milli Karate Federasiyasının ofisində baş tutan görüşdə, Bakıda ilk dəfə təşkil olunan böyüklərin Avropa çempionatının məsuliyyəti barədə danışılıb və yarışın yüksək səviyyədə təşkil olunmasının əsas hədəflərdən olduğu bildirilib.

Federasiya prezidenti Yaşar Bəşirov və agentliyin bədii direktoru Andrey Leromin, eləcə də görüş iştirakçıları açılış mərasiminin ssenarisini bir daha diqqətdən keçiriblər. Yığıncaqda həmçinin mükafatlandırma mərasiminin detalları və digər məsələlər barədə müzakirə aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button