“Keşlə”dən “Səbail” üzərində inamlı qələbə

Bakıda hazırlıqlarını davam etdirən “Səbail” bu gün “Keşlə” ilə yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə “Keşlə” inamlı qələbəyə sevinib. Bu komandaya qələbə qazandıran qolları Amil Yunanovla Qurban Səfərov vurub.

Yoxlama oyunu

18 yanvar

Səbail – Keşlə 0:2
Qol
: Amil Yunanov, Qurban Səfərov