Bakıda çempion olan, “Qarabağ”la oyunda debüt edən futbolçu “Valensiya”da

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Lissabon “Sportinq”indən Tyerri Korreyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı portuqaliyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Valensiya” bu transferə görə 12 milyon avrosundan keçməli olub.

Portuqaliyanın yeniyetmə və gənclərdən ibarət yığmalarında oynamış Korreya “Sportinq”in öz yetirməsidi. O, ölkəsinin U-17 yığmasının heyətində Azərbaycanda keçirilmiş Avropa çempionatının qalibi olub. Tyerri həmin qitə birinciliyində 3 oyunda meydanda olub. Maraqlıdı ki, Korreyanın Azərbaycanla daha bir bağı var. Onun “Sportinq”də peşəkar səviyyədə ilk rəsmi oyunu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a 6:1 hesabıyla qalib gəldikləri Bakıda qarşılaşma olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button