Bakı finalı: 204 ölkə, 40-a yaxın TV şirkət

Bu gün Bakıda keçiriləcək Avropa Liqasının finalı matçı Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

Komanda.az xəbər verir ki, “Arsenal”la “Çelsi” arasında keçiriləcək oyun Avropanın 48 ölkəsində nümayiş olunacaq. Avropadan kənarda isə 156 ölkənin vətəndaşları görüşə canlı baxa biləcəklər.

Avropa Liqasının final oyununu 40-a yaxın TV şirkəti işıqlandıracaq. Azərbaycanda isə oyunu “CBC Sport” canlı yayımlayacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da start götürəcək.